Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.
Qadin.Net xəbər verir ki, "BakuBus" MMC-dən trend-ə verilən məlumata görə, iyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus" MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.