Qadin.NET / RƏSMİ: Havanın tempraturu...

RƏSMİ: Havanın tempraturu...

RƏSMİ: Havanın tempraturu...


İyulun ötən günləri ərzində Bakıda və Abşeron yarımadasında ən yüksək temperatur iyulun 1-də müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova trend-ə bildirib ki, iyulun 1-də Bakıda 43-44 dərəcə, iyulun 2 və 3-də isə 40-43 dərəcə isti qeydə alınıb. Bu gün isə Bakıda gündüz saatlarında 40-42 dərəcə istinin olacağı proqnozlaşdırılıb.

G.Məmmədovanın sözlərinə görə, iyulun 1, 2 və 3-də Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında 40-44 dərəcə isti qeydə alınıb.

Qeyd edək ki, iyulun 3-də Azərbaycanın rayonlarında gündüz 40-44, bəzi yerlərdə 46 dərəcə temperaturun qeydə alınacağı barədə proqnozlar verilmişdi.

G.Məmmədova bildirib ki, faktiki temperaturlar yalnız meteoroloji stansiyaların quraşdırıldığı ərazilərdə qeydə alınır: "Avtomatlaşdırılmış stansiyalar tərəfindən isə Bakıda və Abşeron yarımadasında 43-44, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında 40-44 dərəcə isti qeydə alınıb".

G.Məmmədova havanın temperaturunun açıqlandığından daha yüksək olması barədə söylənilənlərə də münasibət bildirib: "Biz havanın temperaturunu yalnız kölgədə ölçürük. Günəş şüaları altında isə ölçmə işləri aparılmır. Ölçmə işləri bütün dünyada bu standartlarla aparılır. Azərbaycanda stansiyaların qeydə alındığı temperaturlar barədə də biz insanlara məlumat veririk".

4 iyul 2018
GO BACK