Böyük Britaniyada heyvanların xilasetmə mərkəzi mütəxəssislərin fikrincə ən ağır hesab oluna biləcək kirpini tapıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, keçən payız yerli sakinlərdən biri onun yanına gələn kirpini yemləyib. Arbakl adlı kirpi bir müddət sonra artıq çəkidən hərəkət etməkdə çətinlik çəkməyə başlayıb və daha yumurlana bilməyib.
Xilasetmə mərkəzində bildiriblər ki, heyvanın təbiətdə pəhrizsiz sağ qalma ehtimalı yoxdur: "Arbaklın çəkisi 2,5 kiloqramdır, bu da indiki zamanda orta kirpinin çəkisindən 4 dəfə artıqdı".
Mütəxəssislər kirpinin yeminin miqdarını azaltmağı və Arbaklı fiziki fəallığa motivasiya etməkdən ötrü yemi səpələməyi planlaşdırırlar.