Qadin.NET / Türkan Şoraydan pis xəbər

Türkan Şoraydan pis xəbər

Türkan Şoraydan pis xəbər


Türkiyənin məşhur ulduzu Türkan Şoray aktrisalıqla vidalaşdığını bildirib.

Qadin.Net Milli.Az  -a istinadən xəbər verir ki, Türkan dəyərləndirmək üçün ssenarilərin gəlmədiyi səbəbindən karyerasına nöqtə qoyub.

73 yaşlı aktrisa məsələ ilə bağlı deyib: "Artıq yaxşı ssenarilər gəlmir, aktrisalığı tərk etdim, həqiqətən də, belə bir qərar aldım".

Türkan sənətə 1960-cı ildə "Köyde bir qız sevdim" filmi ilə gəlib. 222 kino, 12 serialda rol alıb. Iki ssenari yazıb, 5 filmin rejissoru olub. Türkiyədə film festivallarında  altı dəfə "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. 222 filmdə baş rol ifaçısı olaraq dünya rekorduna imza atıb.

30 iyun 2018
GO BACK