Qadin.NET / Qidadan zəhərlənmədə – Yeni kəşf

Qidadan zəhərlənmədə – Yeni kəşf

Qidadan zəhərlənmədə – Yeni kəşf


Alimlər “Yaxın Sahədə Kommunikasiya (NFC) etiketləri”ndən istifadə edərək vaxtı keçmiş qidalar haqqında istehlakçıları məlumatlandıran cihaz hazırlayıblar.

Qadin.Net teleqraf-aistinadən xəbər verir ki, bu cihaz qida zəhərlənmələrinin qarşısını alacaq.

Rəqəmsal “burun” rolunu oynayan bu cihaz vasitəsi ilə restoranda, kafedə, yaxud başqa bir məkanda sifariş edilən yeməyin köhnə olub-olmadığı məlum olacaq. Yeni texnologiya vasitəsi ilə hər il dünyada baş verən milyonlarla qida zəhərlənmələrinin sayı azalacaq.

Alimlərin fikrincə, baş verən qida zəhərlənmələrinin çoxu ölümlə nəticələnir.

Çində Nanjing Üniversiteti və Austindəki Texas Üniversitetinin bir qrup alimi vaxtı keçmiş ərzaqları müəyyən edən cihazları yaxın sahədə kommunikasiya etiketlərindən istifadə edərək hazırlayıblar. Belə ki, DVD-lərdən, supermarketlərdəki, içki şüşələrinə qədər bütün məmulatların üzərində bu etikətlər vurulacaq.

Ərzaq alarkən üzərinizdə mobil telefon olsa, vaxtı keçmiş ərzağa yaxınlaşsaz NFC texnolgiyası vasitəsi ilə mesaj gələcək.

30 iyun 2018
GO BACK