İyul ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 36-41, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 6-16 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 36-73 mm) olacağı gözlənilir.
Gəncə şəhəri, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir şəhəri, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-43 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 3-22 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33 mm) olacağı gözlənilir.