Türkiyənin məşhur aktyoru "Prison Break" serialının yerli versiyasında baş rol ifaçısı olacaq.
Qadin.Net MilliAz -a istinadla xəbər verir ki, "FOX" serialın Türkiyə versiyasını lentə almaq üçün bu yaxınlarda müəlliflik hüququnu almışdı. Əldə edilən məlumata əsasən, Maykl Skofild obrazının türk versiyasını Kıvanç Tatlıtuğ canlandıracaq.
Türk ulduz kanaldan hər seriya üçün 280 min lirə (100 min manat) qonorar tələb edib.
Qeyd edək ki, Kıvanç Yılmaz Erdoğanın 13 illik fasilədən sonra yenidən lentə alacağı "Orqanize İşler 2" filminə də dəvət edilib.