Qadin.NET / "BakuBus"lar ləngiyəcək- XƏBƏRDARLIQ

"BakuBus"lar ləngiyəcək- XƏBƏRDARLIQ

"BakuBus"lar ləngiyəcək- XƏBƏRDARLIQ


"BakuBus" MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

Qadin.Net  bildirir ki, "BakuBus"un mətbuat katibi Qabil Babayevin "Report"a verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.

Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.

"BakuBus" MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.

29 iyun 2018
GO BACK