Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən, pensiyalar yenidən hesablanacaq. Amma bu, bütün pensiyaçılara aid deyil.
Qadi.Net Milli.Az-a istinadən bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı süjet yayımlanıb.
Çingiz Əliyev, ƏƏSMN-nin şöbə müdiri: "Dövlət qulluqçuları, MSK üzvləri, deputatlar, hakimlər və s. bu şəxslərin pensiyaları hesabları qeyd olunan qaydaya əsasən yenidən hesablanacaq".
Qeyd olunan qayda isə belədir ki, bu ilə dövlət qulluqçularının maaşı artırılıb və buna uyğun olaraq da həmin kateqoriyadan olanların pensiyaları yenidən hesablanır. Həmin dövlət qulluqçularının sayı 90 min nəfərdir. Ümumiyyətlə, pensiyalar hesablanarkən bəzi məqamlara fikir vermək lazımdır.
Sahib Məmmədov, VƏHML-in sədri : "Hesablanmada ədalətli şəxslərin aldıqları real orta aylıq əməkhaqqının 70-80 %-ni almalıdır".
Bu bir məqam. Digər bir məqam isə təkcə dövlət qulluqçuları deyil, ümumiyyətlə, gələcəkdə ola biləcək digər pensiyalar hesablanarkən vaxtilə işləyən adamın iş şəraiti və pensiya kapitalı ilə bağlı problemdir.
Bu, artıq iş şəraitinin şəffaflığı məsələsidir. Bir sual da var ki, pensiyaları yenidən hesablanan pensiyaçıları düşündürür, artım, görəsən, nə vaxt hesabımıza köçürüləcək?
Çingiz Əliyev, ƏƏSMN-nin şöbə müdiri: "Həmin kateqoriyadan olan pensiyaçıların pensiyaları martın birindən etibarən hesablanacaq. Növbəti iyul ayının pensiyası ilə birlikdə ötən 4 ayın pensiyası ilə birlikdə onların hesablarına köçürüləcəkdir".
Deməli, dövlət qulluqçularının pensiyaları artırılacaq. Digər pensiyaçıların da pensiyalarının artımı isə ölkədə qiymət artımı olduqca artırılır.