Qadin.NET / Məşhur müğənninin dili kəsiləcək - FOTO

Məşhur müğənninin dili kəsiləcək - FOTO

Məşhur müğənninin dili kəsiləcək - FOTO


1981-ci ildə Eurovison-un qalibi olan, 1980-ci illərdə Britaniyanın ən populyar pop-qruplarından birinə çevrilən "Bucks Fizz"in ulduzu Ceys Aston həyatının ən ağır günlərindən birini yaşayır.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 57 yaşlı müğəninin ağız boşluğunda xərçəng şişi aşkarlanıb. Həkimlərin dediklərinə görə, Aston təcili cərrahiyyə əməliyyatına məruz qalmalıdır. Bu əməliyyat zamanı müğənninin dilinin bir hissəsi kəsiləcək, əvəzinə onun baldırından götürüləcək ət parçası tikiləcək.

"Çox qorxuram, amma həkimlərə inanıram. Onlar deyirlər ki, əməliyyatdan sonra oxumaq şansı az olsa da, var", - Ceys Aston deyib.

Müğənninin əri, musiqiçi Jeyv Kolkhoun və 14 yaşlı qızı Cozinin dediklərinə görə, onlar əməliyyat gününü təşvişlə gözləyirlər.

Məşhur müğənninin dili kəsiləcək - FOTO


26 iyun 2018
GO BACK