Qadin.NET / Bakıda eyvana paltar asmaq QADAДћAN olundu

Bakıda eyvana paltar asmaq QADAДћAN olundu



Nərimanov rayon İcra Hakimiyyəti paltarların eyvanda qurudulmasını qadağan edib. Belə ki, icra hakimiyyəti rəsmiləri bu vaxta qədər eyvanlardan asılan zivələrin yığışdırılmasını tələb edir. Bu tələb isə sakinlər tərəfindən birmənalı qarşılanmır. 2015-ci il Avropa Oyunları, eləcə də bir sıra beynəlxalq tədbirlər ərəfəsində zaman-zaman bu tələb gündəmə gəlib.

Qadin.Net bildirir ki, Nərimanov Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov publika.az-a açıqlamasında bu məhdudiyyətin davamlı olacağını deyib: “Şəhərin ümumi görkəminə xələl gətirən, gözə xoş görünməyən əşyaların, o cümlədən paltar ipləri və paltarların yığışdırılması tələb edilir. Razılaşarsınız ki, böyük bir mərkəzi küçədə bir ucu ağacda, bir ucu eyvanda bir ip asılır, üzərində də müxtəlif alt paltarları. Təbii ki, bunlar yaxşı hallar deyil. Hər zaman bu hallara qarşı olmuşuq, yenə də bununla məşğuluq. Paltar ipləri əvəzinə eyvana gül dibçəkləri qoymağı məsləhət görürük. Hesab edirik ki, bu, Bakının bütün rayonlarında, eləcə də iri şəhərlərdə tətbiq edilməlidir”.

H.Cəfərov hələ ki, bu məhdudiyyətin həyətlərin içərisinə tətbiq edilmədiyini bildirib: “İlkin mərhələdə binanın fasad hissəsi, küçəyə baxan hissədə bu asılqanlar yığışdırılır”.

Paltarların hara asılmasına gəlincə, H.Cəfərov eyvandan görünməmək şərti ilə asa biləcəklərini bildirib: “Niyə başqa yerlərdə bu məsələ asanlıqla həll olunur, bizdə problem yaradırlar? Eyvanda məhəccərdən aşağı standart paltarqurudan asılqanları alıb istifadə edə bilərlər. Bu gün paltaryuyan maşınların 90-95 faizi paltarı qurudur, ondan istifadə etsinlər. Kənardan baxanda eyvanda paltar görünməmək şərti ilə paltar qala bilər, buna heç bir məhdudiyyət yoxdur. Nə üçün Avropa ölkələrində eyvanda paltar, yorğan, döşək yoxdur?”

H.Cəfərov hələ ki, qaydaya əməl etməyənlərə qarşı bir cərimə nəzərdə tutulmadığını dedi: “İnsanlara bunun səbəbini izah edirik, onlar da əməl edirlər. Hələ ki, cəriməyə ehtiyac qalmayıb”.

25 iyun 2018
GO BACK