Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib.
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.