70 yaşlı Arnold Şvartsnegger yenidən "Terminator" olacaq. Hazırda "Terminator 6" filminin çəkilişləri gedir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, franşizanın ilk filmində "Terminator"un tərəf-müqabili olmuş "Sara Konnor" da yeni lentdə oynayır.
"Sara" rolunu ilk filmdə olduğu kimi, aktrisa Linda Hemilton ifa edir.
61 yaşlı L.Hemilton İspaniyanın paytaxtı Madriddə, çəkiliş meydançasında olarkən paparassilərin kameralarından yayına bilməyib.
Yeni filmdə Makkenzi Devis, Dieqo Bneta, Qabriel Luna və Nataliya Reys də çəkilirlər.
Ceyms Kemeron isə filmin prodüseri olmaqla yanaşı, Tim Millerlə birlikdə ssenarini də yazıb.
Nataliya Reys filmdə Qabriel Lunanın ifasındakı yeni terminatorun təqib etdiyi "Dana Ramos" rolunu oynayır.
Makkenzi Devis "ölüm maşını" olacaq.