Rusiyalı blogger Angela Nikolau paylaşımları ilə hər kəsin dilinə düşüb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, dünyanın dörd bir yanındakı təhlükəli yerlərdə şəkillər çəkdirərək izləyiciləri ilə bölüşür.
Moskva, Dubay, Çin, Şri-Lanka və digər ölkələrdə göydələnlərin başına çıxan Angela orada çəkdirdiyi fotolarla İnstaqramda izləyici sayını 500 minə çatdırıb.
Cəmi 24 yaşı olan bu qızın cəsarəti hər kəsi heyrətə gətirir.