Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə imkan verməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə çevrilməyin. Davadan uzaq durun.
Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir edəcək.
Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna deyil.
Buğa - peşəkar fəaliyyət müstəvisindəki məsələləri şəxsi münasibətlərə inikas etdirməyin. Əvvəlki əlaqələrin bərpası, köhnə təmasların yenidən gündəmə gətirilməsi zamanıdır. Yeni tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun fəsadlarını daha da ağırlaşdırmayın.
Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail olacaqsınız.
Əkizlər - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.
Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz yerə sinirlənməyin və özünüzü dalandakı insan kimi hiss etməyin. Heç nəyi çətinləşdirməyin.
Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini araşdırın. Problem böyüməmiş müşkülü həll edin.
Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun. Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas şərtidir.
Qız - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli bütün metodlardan və vasitələrdən istifadə edin. Bədxahların məkrini, intriqalarını faş edin. Əks təqdirdə irəliləmək əvəzinə geriləyəcəksiniz. Populyar və məşhur olmaq istəyirsinizsə, yalnız bacarığınıza, zəhmətinizə güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq durun.
Əqrəb - adət etdiyiniz metodlara, vərdiş etdiyiniz sxemlərə çox güvənməyin. Vəziyyət spontan, ani həllər tələb edir. Çevik olun.
Nagahani olayın öhdəsindən gəlmək üçün dostlardan və ya tanışlardan birinin yardımlarına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında nikbin olun. Ani çətinliklər sizi ruhdan salmasın.
Təcrübənizdən və bilgilərinizdən yararlanmaq üçün əla şanslar yaranıb.
Axşam saatlarında arzulara qapılmayın. Bədxərclik etməyin.
Oxatan - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın. Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər. Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Oğlaq - cari hadisələrin axarını izləyin. İşdə və evdəki hadisələrdə katalizator rolunu oynamayın. Tərəfdaşlarla, şəriklərlə təmaslarda maraqlarınızı tam qoruyun. Həmfikirlərin sayını artırsanız, pis olmaz. Yaxın ətrafınızdakı insanlardan birinin yardımlarına zərurət yaranıb.
Günün ikinci yarısında ünsiyyət çevrənizdəki fiqurlar arasında sizə qarşı məkrli planları həyata keçirmək istəyənlər var. Romantik hisslər, gözləntilər və ümidlər sınağa çəkiləcək. Yeni böhranın yaranmasına imkan verməyin.
Tərəfdaşla münasibətləri təftiş etməyin.
Dolça - yetərincə harmonik gündür. Peşəkar fəaliyyətinizlə bağlı cari məsələlərin həllində aktiv olun. Yeni işgüzar layihələrə başlamaq olar. Çalışdığınız kollektivdə diqqətli olun.
Günün ikinci yarısında sərrast davranın, yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə alın. Komanda ruhunun yaranmasına səy göstərin.
Dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan verməyin. Xudpəsəndlik etməyin.
Balıqlar - günün ilk yarısından etibarən komfort situasiya yaranacaq. Qüvvənizə, potensialınıza şübhə etməyin. Təvazökar olun, qətiyyətlə davranın. Bütün bu amillər diqqəti əsas məsələyə yönəltməyə imkan verəcək.
Günün ikinci yarısında məqsədlərlə hədəfləri aktuallaşdırın və təhlil edin. İntensiv əmək fəaliyyətində zəruri fasilələr olmalıdır. Bir qədər istirahətə vaxt tapın.
Uzun müddətdən əvvəl məzuniyyətdə olmayıbsınızsa, yaxınlarınızdan birinin təklifini qəbul edin. Axşam saatlarında normal istirahət edin.