Müğənni Kristina Aqilera teleaparıcı Cimmi Fellon ilə birgə "The Tonight Show" verilişi üçün Nyu-York metrosunda küçə musiqiçisi görkəmində özünü tanıtmadan çıxış edib.
Qadin.Net report-a istinadən xəbər verir ki, hazırlıqsız düzəldilmiş qrup Areta Franklinin "Freedom" mahnısını ifa edib.
İnsanlar onların ətrafına toplaşdıqdan sonra Aqilera və Fellon üzlərini açmaq qərarına gəlib.
Qrup sürprizdən təəccüblənən insanların qışqırıq sədaları altında müğənninin "Fighter" mahnısını ifa edib.