Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9923103 nəfərə çatıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2018-ci ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.
2018-ci ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1310 nəfər Azərbaycana gələn, 426 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 884 nəfər təşkil edib.
Ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9923103 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olmuşdur.
Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2018-ci ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.
Bu ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.