Qadin.NET / 217 min dollarlıq çanta satıldı-FOTO

217 min dollarlıq çanta satıldı-FOTO

217 min dollarlıq çanta satıldı-FOTO


Londonda keçirilmiş "Christies" hərracında "Hermes" brendinin istehsalı olan "Hermes Himalaya Birkin" qadın çantası 162500 funt-sterlinqə (217 min dollar) satılıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 10 il əvvəl hazırlanmış çantanın eni 30 sm-dir. Hazırlanmasında 3 timsah dərisindən istifadə olunmuş çantanın 18 karatlıq ağ qızıldan, 450 brilyant qaşla bəzədilmiş kilidi var.

Bu, yeni Avropa rekordudur. Əvvəlki rekord "Himalaya Birkin"in 206 min dollara satılması idi.

Dünya rekordu isə ötən il vurulub. 2017-ci ildə Honkonqda "Hermes Himalaya Birkin" çantası 380 min dollara satılmışdı.

1980-ci ildən bəri Fransanın "Hermes" brendinin istehsal etdiyi bu çanta aktrisa Ceyn Birkinin şərəfinə "Birkin" adlanır.

Ən ucuz "Birkin" çantası 9 min dollardır. Çantanı almaq üçün qeydiyyata düşmək, növbə tutmaq gərəkdir.

217 min dollarlıq çanta satıldı-FOTO

217 min dollarlıq çanta satıldı-FOTO


13 iyun 2018
GO BACK