Dünən Adriana Limanın 37 yaşı tamam olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur terapevt Metin Hara braziliyalı model sevgilisi Adriana Limanın ad gününü instaqram vasitəsilə təbrik edib.Metin Hara sevgilisi Adriananın doğum günündə onun yataqda çəkdiyi şəklini paylaşaraq təbrik edib:“Əgər yatağındasansa və ağlında mən varamsa, ikimizdən biri yanlış yerdədir... Səninlə tanışlıqdan bir il ötüb və bu müddət ərzində məni dünyanın ən şanslı adamı etdin, neçə belə xoşbəxt illərə, mələyim! Müdrik qadınım, müqəddəs səcdəgahım, evimə gedirəm...”Cütlük sosial şəbəkə vasitəsilə sübut etməyə çalışıb ki, onlar arasında böyük məsafələr olsa da, münasibətlərini ehtiraslı şəkildə davam etdirirlər.