"Azərbaycanda xırda və iri buynuzlu heyvanların bütün normalara əməl olunmaqla satışı təmin olunduqdan sonra küçələrdə heyvan satışı qadağan ediləcək''. Belə bir açıqlamanı qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli verib. Onun sözlərinə görə, yeni kəsim yerlərində laboratoriyalar fəaliyyət göstərəcək. Kəsim məntəqlərini isə sahibkarlar yaradacaqlar.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Azərbaycanda küçələrdə heyvan kəsimini qadağan etmək və bu prosesə nəzərəti gücləndirmək üçün iş aparılır. Bunun üçün bütün ölkə üzrə, kifayət edəcək qədər müasir kəsim məntəqləri yaradılacaq. Bu qadağanı tətbiq edəcək orqan olan Qida Təhlükəsiziliyi Agentliyinin sədri Qoşqar Təhməzli küçədə heyvan kəsiminin nə vaxt ləğv ediləcəyini açıqlayıb.
Hazırda ölkə üzrə fəaliyyət göstərən ət kəsimi məntəqlərində monitorinq həyata keçirilir. Bunun nəticəsində hansı bölgədə nə qədər müəissəyə ehtiyac olduğu öyrəniləcək. Belə kəsim məntəqələri isə Qida təhlükəsizliyi və yerli icra hakimiyyətlərinin dəstəyi ilə sahibkarlar tərəfindən yardılacaq. Bu təkliflə çıxış etmək istəyən sahibkarlar növbəti ayın 1-dən etibarən agentliyə müraciə edə bilərlər.
Hər bir kəsim məntəqəsində laboratoriya fəaliyyət göstərəcək və ətlər xüsusi avtomobillərlə satış yerlərinə daşınacaq.
Qeyd edək ki, bu qadağa və yeniliklərin məqsədi insaları zoonoz infeksiyalardan qorumaq və sağlam qida ilə təmin etməkdir.