“Axiom Space” şirkətinin rəhbəri Mayk Saffredini 2022-ci ilə kimi kosmosda otel açmağı planlaşdırır.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Axiom”da 8 nəfər qala bilər. Otaqların dizaynını tanınmış fransalı Filip Stark hazırlayıb. Futuristik dizayna sahib nömrələrin divarları yumşaq material və rəngli diodlarla bəzədilib.
Xidmətə Conson kosmik mərkəzində 15 həftəlik təlim, 402 km hündürlükdəki nömrədə 8 gün qalmaq daxildir. Otaqlarda qonaqlar üçün yüksək keyfiyyətli Wi-Fi-nin də olacağı bildirilir.
Kosmik oteldə qalmaq istəyənlər bunun üçün 55 milyona dollara ödəməli olacaqlar.