Qadin.NET / Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA

Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA

Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA


Qadin.Net trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xiddmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, bu cür şəxslər cəmiyyətə inteqrasiya olunmalıdır: "Dövlətin də bu barədə xüsusi siyasəti var. Məhkumluğu olan şəxsin sürücü kimi fəaliyyət göstərməsinə məhdudiyyət yoxdur. Sadəcə, bu məsələyə xüsusi yanaşmalar olmalıdır ki, həmin şəxslərin törətdiyi cinayətə baxılmalı, araşdırılmalıdır. Əgər sürücü təkrar cinayət törədibsə, içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədibsə və bu hadisə çoxsaylı insanların xəsarət almasına səbəb olubsa, həmin sürücünün 3-cü dəfə avtobus idarə etməsi mümkün deyil".

M.Ağayevin sözlərinə görə, həmin şəxs sürücü kimi deyil, istehsalat bazasında başqa bir işlə məşğul ola bilər.

11 iyun 2018
GO BACK