Qadin.NET / Futbolçu jurnalisti belə xilas etdi - VİDEO

Futbolçu jurnalisti belə xilas etdi - VİDEO

Futbolçu jurnalisti belə xilas etdi - VİDEO


Polşalı futbolçusu, dünya çempionatında milli yığmanın üzvü Mixail Pazdan idman bacarıqlarından istifadə edərək jurnalisti xilas edib.

Qadin.Net teleqraf -a istinadla xəbər verir ki, müsahibə zamanı gözlənilmədən işıq avadanlığının jurnalistin üzərinə doğru gəldiyini görən futbolçu ayaq hərəkəti ilə buna mane olub. Açıq havada baş tutan çəkilişdə avandanlığa ciddi ziyan dəyməyib. Jurnalist bir neçə saniyə sonra özünü toparlayaraq müsahibəyə davam edib.

Sosial şəbəkə istifadəçiləri Mixail Pazdanın ani reaksiyasını yüksək qiymətləndirirək bunun yarışöncəsi yaxşı nəticəyə işarə etdiyini bildiriblər.

11 iyun 2018
GO BACK