Müğənni Demet Akalın bəzi həmkarları kimi bu ilin yay mövsümünü konsertlər verməklə keçirəcək.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 46 yaşlı ifaçı 16 iyun-23 sentyabr tarixləri aralığında ümumilikdə 43 konsertlə sevənlərinin görüşünə çıxacaq.
Demetin bu konsertlərdən ümumi qazancının 3 milyon 635 min lirə (təxminən 1 milyon 376 min manat) olacağı bildirilir.
Sənətçi "Yay Demet Akalınla gözəldir" adlı təqdim etdiyi siyahıya hələ bir neçə məkanın da artırılacağını söyləyib.