Qadin.NET / Meyvələrə tələbat artıb

Meyvələrə tələbat artıb

Meyvələrə tələbat artıb


Mövsümi meyvələrin yetişməsi ilə bazarlarda alıcı sıxlığı müşahidə olunur. Yerli məhsullara tələbat çoxdur.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, yerli məhsulların bazara çıxarılması xarici ölkələrdən idxal olunan meyvələrin qiymətinə də təsir edib. Əsas tələbat isə bölgələrimizdə yetişdirilən ərik və şaftalıyadır. Qiymətlərin yaxın günlərdə yenə enəcəyi gözlənilir.

Satıcılar deyir ki, alıcıların sayının artması qiymətlərin enməsi ilə bağlıdır. Alıcılar isə qiymətləri qənaətbəxş hesab etsələr də, hazırda ən çox tədarük olunan ərik və şaftalının qiymətinin şişirdildiyini düşünürlər.

Hazırda isə bazarlara ərik və şaftalı əsasən Goranboy və Naxçıvandan gətirilir. Yaxın günlərdə isə digər bölgələrdən də məhsullar bazarlara çıxarılacaq.

9 iyun 2018
GO BACK