Avstraliyalı yazıçı Paul Ham yeni kitabında Adolf Hitlerin uşaqlığına aid maraqlı məlumatlar yer alıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “Young Hitler: The Making of the Führer” (“Gənc Hitler: Rəhbərin yaradılması”) adlı kitab alman diktatorun “Məsih” imicini yaratmaq üçün öz keçmişini necə “təmizləməsindən” bəhs edir.
Kitabda Hitlerin 1933-cü ildə Almaniya rəhbərliyinə gəldikdən sonra keçmişinə aid məlumatları gizlətməyə çalışdığı deyilir. O, hətta Vyanada vaxtilə dostluq etdiyi rəssam barəsində belə ölüm hökmü verməkdən çəkinməyib.
Hitlerin hakimiyyətə gəldikdən sonra ilk işi Şikgruber (Schickgruber) soyadını dəyişmək olub.
Kitabda Hitlerin uşaqlıqdan başlayaraq “qaranlıq güclər”ə maraq göstərdiyi və özünün bu qüvvələr tərəfindən yönləndirildiyini düşündüyü məlumatı yer alıb.
12 yaşda məktəbdə özündənrazı hərəkətləri ilə seçilən və heç bir dostu olmayan Hitlerin dərslərində də uğursuz olduğu məlumdur. Ancaq o, uğursuzluğun günahını ətrafındakı insanlarda görüb.
Ən xırda şeyə belə əsəbiləşən Hitlerin məktəbdə sevimli müəllimi Almaniya tarixi fənnini keçən Leopold Poetş olub.
Adolf Hitlerin gənclik illərində “böyük sənətkar” olmaq xəyalı isə babası tərəfindən tənqid olunub. Bu səbəbdən babasına nifrət etdiyi bildirilir.