Hindistanlı Pradyumnu Kumar sevdiyi qadınla görüşmək üçün velosipedlə 10 min kilometr yol gedib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu maraqlı hadisə 40 il əvvəl baş verib.
Kumar inanırmış ki, buğa bürcündə doğulduğu üçün şəxsi meşəsi olan qadınla ailə quracaq. O, gələcək xanımı ilə ilk dəfə 1975-ci ildə qarşılaşıb. Mavi gözlü Şarlotta küçə rəssamı olan Kumardan onun şəkilini çəkməsini istəyib. Qadının gözəlliyinə heyran qalan Kumar şəkli birinci dəfə çəkə bilməyib. Onlar yenidən görüşməli olublar.
Bir neçə həftədən sonra Şarlotta vətəni İsveçə qayıdıb. Ayrılığa yalnız ilyarım dözən Kumar nəyi varsa sataraq velosiped alıb. Daha sonra yaxşı insanların köməyi sayəsində velosipedlə 10 km yol qət edərək İsveçə çatıb.
Şarlotta Kumarın bu addımını heyrətlə qarşılayıb və tezliklə onların toyu olub. İki uşağı olan cütlüyün ailə qurmasından 40 il keçir.