Facebook-da yaranan nasazlığa görə 14 milyondan çox istifadəçinin özəl paylaşımları "hər kəsə açıq" olub.
Qazdin.Net Milli.Az-a istinadla xəbər verir ki, Facebook yeni funskiyasını həyata keçirən zaman xəta baş verib və 14 milyondan çox istifadəçinin özəl paylaşımlarını dostluğunda olmayanlar da görə bilib.
Xəta istifadəçilərin hesablarına may ayının 18-dən 22-nə qədər təsir edib. Sonradan problem aradan qaldırılıb.