Sabah Ramazan ayının 23-cü günüdür.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 8-də Bakıda imsak saat 03:20, iftar isə saat 20:25-dədir.
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"
Allah orucunuzu qəbul etsin!