Qadin.NET / Kuboku kim oğurlayıb?-VİDEO

Kuboku kim oğurlayıb?-VİDEO

Kuboku kim oğurlayıb?-VİDEO


Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün daha bir reklam carxı yayımlanıb.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, "Bwin" bukmeyker kontoru dünya futbol əfsanələri ilə birlikdə "Kuboku kim oğurlayıb" adlı yeni kampaniya başladıb.

Belə ki şirkət futbolun ən prestijli kubokunun oğurlandığı qısametrajlı film çəkdirib. Hollivud ənənələrinə uygün olaraq çəkilən filmin baş rollarında dünya futbolunun əfsanələri iştirak ediblər.

Argentinalı Maradona, braziliyalı Kafu, ispan Vinsente del Boske və alman Ştefan Effenberq kuboku oğurlamağın planlarını qurublar. Lakin bunu yalnız onlardan biri bacara bilir.

Şirkət "oğru"nun adını turnirin gedişatında deyəcəyinə söz verib. Hələliksə izləyicilərə promo aksiyalarda iştirak edib kuboku tapmaq üçün şans yaradılıb.

Kubokun oğurlanma anının görüntülərini təqdim edirik:

7 iyun 2018
GO BACK