Qadin.NET / Pike və Şakiranın evi qarət olundu

Pike və Şakiranın evi qarət olundu

Pike və Şakiranın evi qarət olundu


"Barselona"nın müdafiəçisi Pike və Şakiranın Barselona şəhərində yerləşən evi qarət olunub.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, oğrular evdən qiyməti əşyalar və saatlar aparıb. Həmin vaxt evdə heç kim olmayıb. Pike hazırda İspaniya millisinin düşərgəsində, Şakira isə Almaniya turnesindədir. Polis baş vermiş hadisə ilə əlaqədar futbolçunun valideynlərinin şikayəti əsasında araşdırmalara başlayıb.

Ötən mövsüm 31 yaşlı Pike İspaniya Primerasında 30 oyuna çıxıb. Yaxın günlərdə onun şərəfini qoruduğu milli dünya çempionatında ilk matçını keçirəcək.

6 iyun 2018
GO BACK