Qadin.NET / Dünyanın ən bahalı evi satılır

Dünyanın ən bahalı evi satılır

Dünyanın ən bahalı evi satılır


Fransanın Lacivərd sahilində, Kap-Ferradakı "The Villa Les Cedres" malikanəsi satışa çıxarılıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 1830-cu ildə tikilmiş 14 yataq otaqlı bu malikanənin ilkin satış qiyməti 350 milyon avrodur. O, dünyanın ən bahalı evi sayılır.

Bütün interyeri dekorativ işləməli, kesson tavanlı, nəhəng çilçıraqların və böyük portretlərin olduğu villanın kitabxanasında 3 minə yaxın kitab var. Aralarında 17-ci əsrin botanika nomenklaturasının kodeksi də olan bu kitablarla yanaşı, xalçalar, portretlər və mebel də satılır.

Belçika kralı 2-ci Leopold bu villanı 1904-cü ildə satın almışdı. Kralın mavi-sarı gerbi qonaq otağında, onun məşuqəsinin portretləri isə otaqların divarlarındadır.

Sonradan villanı Marnye-Lapostol ailəsi satın alıb. Yeni sahiblər malikanədə sidr və palma ağacları əkiblər, meyvə və zeytun bağları salıblar.

Malikanənin bağlarında yaşı 300 ildən çox olan ağaclar var.

İtaliyanın "Davide Campari-Milano SpA" şirkəti malikanəni ötən il satın almışdı.

5 iyun 2018
GO BACK