16 illik evli, 2 uşaq anası F.G. oxuduğu bir kitabda xəyanətə məruz qaldığını öyrənib.
Qadin.Net bildirir ki, Milli.Az Sabah-a istinadən xəbər verir ki, F.G. ərinin yazar ilə ona xəyanət etdiyini öyrənincə boşanmaq üçün məhkəməyə üz tutub.
Kitabın yazarı A.I. bir müsahibəsində kitabın real bir həyat hekayəsindən bəhs etdiyini söyləyib. Ancaq kitabda bəhs edilən xəyanət səhnəsi birbaşa yazar A.I. -nın özünə məxsus olub. Kitabın 2 baş qəhərmanından biri F.G-nin həyat yoldaşı U.G., digəri də yazarın özüdür. Kitabda F.G.-nin 2 uşağının olması və digər detallar xırdalığına qədər qeyd edilib.
Ərinin atasının dənizdə boğularaq ölümündən, F.G.-nin evinin təsvirinə qədər her şey təfərrüatlarına qədər göstərilib. F.G məhkəmədə ərinin onu evdə olmadığı zamanlar yazarı evə gətirərək zina etməkdən çəkinmədiyini iddia edir.