Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27°, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.