Balenciaga moda evinin yaratdığı "qoşa köynəyin" 1.248 dollarlıq qiymət yarlığı (2.128 AZN) və dizaynı internetdə qızğın müzakirələrə səbəb olub.
Bir köynəyin üzərinə yapışdırılan ikinci köynək şirkətin 2018-ci il kolleksiyasına məxsusdur.
Bu köynəyin həm qiyməti, həm də ki, dizaynı müxtəlif istehzalara səbəb olub.
Sosial şəbəkələrdəki şərhlərdən birində belə deyilir: Öncə birini, daha sonra o biri köynəyi geymək olar.
Daha bir şərhdə isə deyilir ki, bu yolla paltarını tezcə dəyişə bilərsən.