Əvvəllər normal, adi həyat yaşayırdım. İndi isə hər şey dəyişib. İnsanlar məni "Meqanın əkizi" deyə çağırırlar.
ABŞ-ın Arizona ştatındakı Skottsdeyl şəhərinin sakini, 36 yaşlı Daniela Harris belə deyir. O, amerikalı aktrisa və model, Britaniya şahzadəsi Meqan Markla çox bənzəyir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, şahzadə Harri ilə Meqan arasında eşq mediaya bəlli olandan sonra Daniela da şəhərdə və sosial şəbəkələrdə tanınıb. Onu Meqan Markla səhv salan, küçədə yaxınlaşıb imza istəyənlər də var.
Daniella 2017-ci ilin yanvarında 38 yaşlı Vu Olsenlə ailə qurub.
Danielanın dediyinə görə, 1800 dollarlıq gəlinlik paltarını Meqan Marklın "Givenchy" brendinin əsəri olan 500 min dollarlıq gəlinliyindən daha yaraşıqlı, zərif hesab edir.
"Toyumuz Kleyton parkında olub. Çox yaxşı, müasir, şən toy idi. Meqanın əri şahzadə Harridirsə, mənim üçün ərim Vu şahzadədir", - Daniela söyləyib.