Qadin.NET / Atmosferə uzanan kosmik lift

Atmosferə uzanan kosmik lift

Atmosferə uzanan kosmik lift


Yer kürəsinin orbitinə aparan bir lift xəyal etdinizmi heç?

Professor Yuri N. Artsutanov bunu xəyal edib. Həm də 1960-cı illərdə. Bəs belə bir şey, doğrudan da, mümkündürmü?

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, hazırda teoriya mərhələsində də olsa, mövzu ilə bağlı araşdırmalar aparılır. Bu xəyalı gerçəkləşdirmək üçün ən önəmli mərhələ, bəlkə də, insanlığın tanış olduğu ən sağlam maddəni kəşf etməkdir. Bunun yolu isə nanotexnologiyadan keçir.

Elmlə əlaqəsi olub-olmamağına baxmayaraq, hər kəs bir yerdə nanotexnologiya sözünü eşitmiş olar. Hər keçən həyatımıza daha da çox müdaxilə edən bu qavrayışın nə olduğu ilə maraqlandınızmı? Etmədinizsə, gözlərinizin görməyəcəyi qədər kiçik bir dünyanın içində qısa bir səyahətə çıxaq.

“Nano” etimoloji baxımdan yunan mənşəlidir və əsl mənası “cücə” deməkdir. Bu gün bu sözdən metrin milyardda biri ölçüsünə bərabaər olan fiziki ölçünü təsvir etmək üçün istifadə edilir.

Ölçüləri 1 ilə 100 nanometr arasında dəyişən maddələr üzərində aparılan işlər isə nanpelm və nanotexnologiya sahələrinə aid edilir. Başqa sözlə desək, maddənin atomik və molekulyar səviyyədə işlənməsidir.Mövzu nanoölçü olduqda, həqiqətən də, kiçik şeylərdən bəhs etməyə başlayırıq. Bəs maddəyə atom və molekul ölçüsündə nəzarət edə bilmək fikri haradan yaranıb?1959-cu ildə məşhur fizik Riçard Feynmanın “There’s Plenty Of Room at the Bottom” (Aşağıda çox otaq var) adlı bir çıxışı olub. Bu məşhur çıxışda Feynman gələcəkdə çox kiçik ölçülərdə maddələrə nəzarət edilib, onlar üzərində araşdırmalar edilə biləcəyini bildirib. Bu ilham qaynağı ehtimallar daha sonra gerçək olmağa başlayıb.Əslində, nanotyexnologiya sözü 1974-cü ilə qədər heç vaxt istifadə olunmayıb. Yaponiyalı alim Norio Taniquçinin bu tarixdə keçirdiyi bir konfransa qədər. O, həmin toplantıda nanotexnologiya terminindən bəhs edib. Ancaq bu terminin məşhurlaşması başqa bir insan sayəsində olub: K. Eriks Draksler. O, 1976-cı ildə yayımlanan “Engines of Creation: The Coming Era Of Nanotechnology” (Yaradılış mühərrikləri: Nanotexnologiyanın gələcək dövrü” adlı kitabında bu yeni dünyaya, sanki “xoş gəldin” deyib.Bu gün canlı insan vücuduna inyeksiya edilə biləcək robotlar üzərində araşdırmalar aparılırsa, bu araşdırmalarda illər öncə yaşamış alimlərin rolu danılmazdır. İnsanlıq onların göstərdiyi yol boyunca kosmik araşdırmalardan qida sənayesinə, hərbi sənayedən tibbə qədər bir çox sahələrdə irəliləyişlər əldə edib.Məsələn, illər öncə bir avtomobil qəzası keçirərək əllərinin hissiyyatını itirən İan Burkhard adlı bir xəstə beyninə yerləşdirilən nanotexnoloji məhsul sayəsində artıq qollarını hərəkət etdirə bilir.
Bundan başqa, özü özünün təmizləyə bilən yerlər haqqında eşitmiş olarsınız. Ya da yuyulmağa ehtiyacı olmayan geyimlər. Nanotexnologiya hər il daha da parlaq fikirlərlə inkişaf edir. Gələcəkdə isə bizləri sürprizlərin gözlədiyindən şübhəmiz yoxdur. Məqalənin əvvəlində qeyd etdiyimiz “kosmik lift” fikri kosmos səyahətləri və Yer kürəsinin orbitinə nəqliyyat baxımından böyük önəm daşıyır. Bunun kimi fövqəladə layihələr, bəlkə, gələcəkdə nanorobotlar sayəsində adi hala çevriləcək.
Vücudunuzda hüceyrələrinizə uyğunlaşmış şəkildə işləyən nanorobotları xəyal edin. Xəstəliklərinizi daha tez müəyyən edib müalicə aparacaq kiçik həkimlər. Qida ehtiyacınızı minimallaşdırmaq üçün çalışan kiçik aşpazlar. Müxtəlif cihaz və aksesuarlardan istifadə etmədən əlaqə ehtiyacınızı təmin edəcək kiçik köməkçilər...
Daha yaxşı bir dünya üçün xəyal qurmaqdan vaz keçməməlidir insan. Dünənin xəyalları bu günümüzə şəkil verir. Nanotexnologiya hazırda böyük bir gələcəyin kiçik addım səsləri ola bilər. Ona görə də bu səsə indidən qulaq vermək lazımdır.Xəyal etmək və xoşbəxt olmaqdan çəkinməyin.
1 iyun 2018
GO BACK