Qadin.NET / İspaniyada bank 2 mindən çox evi kütləvi satışa çıxardı

İspaniyada bank 2 mindən çox evi kütləvi satışa çıxardı



İspaniyada yay mövsümü ərəfəsində "Bankia" bankı özünə məxsus olan 2 mindən çox daşınmaz əmlakı ucuz qiymətə satışa çıxardığını açıqlayıb.

Qadin.Net trend-ə istinadən bildirir ki, evlərin satışı iyun ayının sonunadək davam edəcək. Bəzi hallarda endirimlər 40 faizədək çatır.

Qeyd olunur ki, 600-dən çox ev Valensiyada, 500-ə yaxın Kataloniyada, eləcə də İspaniyanın digər regionlarında təklif olunacaq.

Bildirilir ki, ən ucuz ev Albasete əyalətində satışa çıxarılıb. Burada qəsəbələrdən birində evi 5 min avroya əldə etmək olar.

31 may 2018
GO BACK