İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib.
Qadin.Net teleqraf-a istinadən bildirir ki, İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib.
Onun maraqlı təqdimatları rayon sakinləri və turistlər tərəfindən bəyənilib.
Bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb.
M. Nəbiyeva əl işi ilə Ginnesin rekordlar kitabına düşmək iddiasındadır və bununla bağlı müraciət edəcəyini deyib.