Qadin.NET / Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO

Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO

Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO


17 yaşlı Lyuk, 22 yaşlı Xlo, 16 yaşlı Milli, 15 yaşlı Keti, 29 yaşlı Kris, 24 yaşlı Sofi, 2 yaşlı Heyli, 19 yaşlı Deniel, 13 yaşlı Elli, 22 aylıq Fob, 8 aylıq Arçi, 10 yaşlı Coş, 13 yaşlı Cek, 12 yaşlı Emi, 7 yaşlı Tilli, 9 yaşlı Maks, 5 yaşlı Kasper, 14 yaşlı Ceyms, 3 yaşlı Alfi...

Onların hamısının soyadı Redforddur və onlar bir ailənin övladlarıdır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Noel və Syu Redfordların 20 övladı var. Onlar indi 21-ci övladın gəlişinə hazırlaşırlar.

43 yaşlı Syu Redfordun dediyinə görə, sentyabrda 20-ci övladını dünyaya gətirəndən sonra "prosesi dayandırmaq" barədə qərar qəbul etmişdi. Lakin indi onlar 21-ci övladın doğuş gününü gözləyirlər.

İngiltərənin Lankaşir qraflığındakı Morkamb şəhərində yaşayan Redfordlar Britaniyanın ən böyük ailəsi sayılırlar.

47 yaşlı Noel Redford isə böyük ailəsi ilə fəxr etdiyini deyir.

Syu ilk övladı Krisi (indi 28 yaşı olan) dünyaya gətirəndə 14 yaşı vardı.

Sofi isə Syunun 17 yaşı olanda doğulub.

Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO

Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO


30 may 2018
GO BACK