Şeyma Subaşı həyat yoldaşı Acun Ilıcalı üçün sürpriz doğum günü şənliyi təşkil edib
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən TV8 kanalının direktoru Acun Ilıcalının 49 yaşı tamam olub. Həyat yoldaşı məşhur aparıcını İnstaqramdan təbrik edib.
Ş.Subaşı ailə fotosunu sosial şəbəkədə paylaşaraq "Yaxşı ki, dünyaya gəlmisən, digər yarım" sözlərini qeyd edib.
Şeymanın sifariş verdiyi doğum günü tortundakı kiçik sürprizlər diqqətlərdən qaçmayıb. Belə ki, məşhur aparıcının torta qoyulan fiqurunda belə ayağında vietnamka olub.