Qadin.NET / Gələcəkdə enerji daşdan çıxacaq

Gələcəkdə enerji daşdan çıxacaq

Gələcəkdə enerji daşdan çıxacaq


Yenilənə bilən enerji, dünyanın bir çox ölkəsində təməl enerji qaynağı olaraq istifadə edilməyə başlandı və yaxın gələcəkdə tamamilə bu qaynaqlara söykənən bir enerji sahəsinin meydana gəlməsi gözlənilir. Araşdırmaçılar da davamlı olaraq etdikləri yeniliklərlə addım-addım bu hədəfə yaxınlaşmağı məqsəd qoyub.

Qadin.Net Milli.Az  -a istinadən bildirir ki, Qlazqo Kaledonya Universitetinin bəzi alimlərinin daxil olduğu bir qrup, şəhərlərin enerji ehtiyacını qarşılaya biləcək gücdə daşlar yaratmağı bacarmışdır. Piyada yollarında istifadəyə uyğun olan və yağış-qar kimi təsirlərə qarşı da dayanıqlı olan bu səki daşlarının yaxın gələcəkdə bir çox şəhərin enerji ehtiyacının qarşılamasına ümid edilir. Bu nöqtədə səki daşları, prospektlərə və piyada yollarına döşənir. Günəşli günlərdə kvadrat metr başına çıxarılan enerji miqdarı isə 200 vattdır. Bu rəqəm buludlu havalarda isə 150 vatta düşür.Bu səki daşlarının xərcinin normallarına nisbətlə daha bahalı olduğunu söyləyən Qovaid, bu artıqdan ödənişin təmin etdiyi enerji xərcləməsi qənaəti sayəsində çox qısa müddətdə özü-özünü ödəyəcəyini ifadə edir. Qrup gələcəkdə bu texnologiyanın bütün dünyada yayılmasını və xüsusilə universitet, stadion və bir çox ictimai sahədə istifadə edilməsinə ümid edir.

30 may 2018
GO BACK