Qadin.NET / 22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO

22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO

22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO


Argentinanın cənubundakı Alov Torpağı... Üç il əvvəl "Ortelius" adlı kiçik kruiz gəmisinə 60 sərnişin mindi.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, liman Yer kürəsinin ən cənub şəhəri sayılan Uşuayada idi. "Dünyanın sonu" adlandırılan Uşuayada sürəkli küləklər əsir, sahili böyük dalğalar vururdu.

Gəmi Afrikanın cənubu ilə Antarktida arasındakı kiçik Buve adasına tərəf yollanmışdı. Əksəriyyəti orta yaşlı, pullu insanlar olan sərnişinlər özlərini "ekstremal səyyahlar" adlandırırdılar. Onlar BMT-də təmsil olunmuş 193 ölkənin hamısına baş çəkmək niyyətində idilər.

Atlantik Okeanının cənubu ilə "Ortelius"da 29 günlük kruiz ucuz deyildi. Sərnişinlərin hər biri kiçik, ümumi kayuta üçün təqribən 9 min funt-sterlinq ödəmişdilər.

Kruizi özünü "Britaniyanın ən qədim zadəgan nəsillərindən birinin nümayəndəsi Uilyam Bakeland" kimi təqdim edən Cessi Qordon təşkil etmişdi.

Məhz onun "Ortelius"da 22 min funtluq geniş kayutası vardı.

Məhz o, sərnişinlər arasında ən gənc idi.

Sakit, mehriban, mədəni, əynində şinyonlar, gödəkçə, başında bəyaz safari şlyapası olan 22 yaşlı Cessi Qordon həmin insanları aldatmışdı.

Oteldə konsyerj, yəni qapıçı-qulluqçu işləyən bu 22 yaşlı gənc britaniyalı zadəgan Uilyam Bakeland olduğunu deyirdi. Onun sözlərinə görə, Belçikada doğulmuş əsil-nəsilli britaniyalı lord Leon Henrix Bakelandın ulu nəvəsi idi.

Lord Bakeland tarixə "bakelit" adlanan plastik maddənin ixtiraçısı kimi düşüb.

Cənubi Sudan, Somali və Konqo kimi ölkələrə "ekstremal turlar", "maraqlı ekspedisiyalar" təşkil etmək adı ilə o, 19 nəfər zəngin şəxsi aldadıb, həmin adamların 524 min funtunu mənimsəyib.

Uest-Midlendsdəki gimnaziyanı yarımçıq atmış bu gənc fırıldaqlar hesabına əldə etdiyi pullarla Birmingemin Biq Barr səmtində 130 min funta ev də almışdı.

Dəmiryol mühəndisi, 62 yaşlı Saymon Qordonun və 53 yaşlı evdar xanım Mendi Qordonun 3 övladından biri olan Cessi Qordon tutulub.

Britaniya polisi onun fırıldaqlarını araşdırır.

22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO

22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO


29 may 2018
GO BACK