Məşhur müğənni Şakira iyunun 9-da İsrailin paytaxtı Təl-Əvivdə verəcəyi konsertini ləğv edib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, buna səbəb mayın 14-də İsrail ordusunun Qəzza bölgəsində Qüdsdə ABŞ səfirliyinin açılışı zamanı 64 fələstinlinin qətlə yetirməsi olub.
Qeyd edək ki, hadisələr zamanı 3 mindən çox insan yaralanmışdı.