Qadin.NET / Facebook 1.3 Milyard saxta hesab sildi

Facebook 1.3 Milyard saxta hesab sildi

Facebook 1.3 Milyard saxta hesab sildi


Facebook istifadəçi məlumatlarının satılması ilə əlaqəli bir çox problemlərə səbəb olsa da, əvvəlki vəziyyətinə qayıtmağa çalışır. Belə ki, verilən məlumatlara görə, Facebook saxta hesablarla əlaqəli ciddi tədbirlər görür. Ayrıca terorizm, şiddət tipli postlar paylaşan profillərin də bir çox hissəsi bağlanıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Facebook son 6 ay ərzində 1.3 Milyard saxta hesabı silib. Təmizlik işləri hələ davam edir.    

Bağlanan hesabların əksəriyyətinin spam mesajlar və saxtakarlıq ilə əlaqəli profillərin olduğu qeyd edilir. Süni Zəka və Facebook işçilərinin birliktə işləməsi nəticəsində silinən bu hesablardan hələ çox olduğu və yeni silinəcəyi bildirilir. 

29 may 2018
GO BACK