Emin Ağalarov Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Azərbaycan” adlı yeni mahnısını təqdim edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, tanınmış sənətçi mahnını həm Azərbaycan, həm də rus dilində ifa edib. Daha sonra o, fəxri ada layiq görüldüyü üçün ölkə prezidenti İlham Əliyevə təşəkkür edib:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevə mənə Azərbaycan Respublikasının Xalq artisti fəxri adın verilməsinə görə dərin təşəkkürümü bildirirəm! Mənə böyük dəstək, etibar və qiymət verdiyi üçün minnətdarlığımı bildirirəm! Mən bununla fəxr edirəm! Bu gün həm də xüsusi gündür, Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyidir. Məhz bu gün mən yeni “Azərbaycan” adlı mahnımı təqdim edirəm”.