Qadin.NET / Gerçək "hörümçək adam" uşağı xilas etdi

Gerçək "hörümçək adam" uşağı xilas etdi

Gerçək "hörümçək adam" uşağı xilas etdi


Fransanın paytaxtı Parisin cənubundakı Ryu Marks-Dormoy səmtində 4 yaşlı oğlan ölümdən xilas olunub.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, şəhərin 18-ci dairəsindəki dördmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanından aşağı baxmaq istəyən uşağın ayağı sürüşüb.

O, eyvanın məhəccərindən tutaraq sallaşmışdı.

Binanın qarşısına çoxlu insanlar, habelə polislər və yanğınsöndürənlər də yığışmışdılar.

Bu an 22 yaşlı Mamudu Qassama irəli atılaraq yuxarı dırmaşmağa başlayır.

O, 30 saniyədən də az vaxt ərzində eyvanların məhəcərlərindən tutaraq yuxarı qalxıb.

Əslən Malidən olan Mamudu uşağı tutub və ölümdən xilas edib.

Fransa mediası Mamudu "canlı hörümçək adam" adlandırıb.

Qəhrəman Mamudu Paris meri Enn İdalqo da təbrik edib.

Gerçək "hörümçək adam" uşağı xilas etdi

Gerçək "hörümçək adam" uşağı xilas etdi

Gerçək "hörümçək adam" uşağı xilas etdi

Gerçək "hörümçək adam" uşağı xilas etdi


28 may 2018
GO BACK