Stilist Anar Ağakişiyev bu dəfə xalq artisti, tanınmış teleaparıcı Ofeliya Sənaninin görünüşünü dəyişib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, stilist məşhur aparıcını ad günündə yeni görünüşdə izləyicilər qarşısına çıxarıb.
Anar sənətçinin saçlarını kəsib və ona fərqli makiyaj edib. O.Sənani yeni imici ilə təəccübləndirib.
Qeyd edək ki, bununla A.Ağakişiyev "Canlı əfsanələr: Əvvəl/Sonra" layihəsinin sonuncu işini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edərək bitirdiyini bildirib.