“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının final oyunundan sonra böyük beşlik çempionatlarında bütün turnirlər nəzərə alınmaqla cari mövsümün bombardiri olub.
Qadin.Net Publika.az -a istinadən xəbər verir ki, “Real” və “Liverpul” arasındakı həlledici matçda Krişiano Ronaldo (44 qol) və Məhəmməd Salahın (44 qol) fərqlənə bilməməsi 45 qol vuran argentinalının birinciliyini rəsmiləşdirib.
Qey edək ki, bu üçlüyü 41 qolla “Latsio”dan Çiro İmmobile, “Tottenhem”dən Harri Keyn və “Bavariya”dan Robert Levandovski izləyir. PSJ-nin hücumçusu Edinson Kavani isə mövsüm ərzində 40 dəfə rəqib qapılarına yol tapıb.