Qadin.NET / Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA

Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA

Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA


Ramazan ayı ərəfəsində hansı hərəkətlərin orucu pozması insanları düşündürən suallar sırasında olur. Bunlardan biri də “saqqız çeynəmək orucu pozarmı” sualıdır.

Qadin.Net publika.az -a istinadən bildirir ki, Türkiyənin Dini İşlər üzrə Qurumu bununla bağlı açıqlama yayıb.

Dini sualların cavablandırılması platformasında yer alan fitvada bildirilir:

“Bu gün istehsal edilən saqqızların tərkibinə ağızda dağıla bilən qatqı maddəsi vurulur. Ona görə də nə qədər diqqətli olsaq da, həmin maddənin udulmaması mümkün deyil. Bu səbəblə bu cür saqqızı çeynəmək orucu pozar. Ancaq tərkibində qatqı olmayan saqqızlar, əvvəldən çeynənilmiş, eləcə də çeynənəndən sonra heç bir dad əksikliyi hiss edilməyən saqqızlar orucu pozmaz. Oruc olanda bu cür saqqız çeynəmək məkruhdur”.

26 may 2018
GO BACK